İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropadakı türk dəstəkçisi ölkə - Macarıstanla münasibətlərdə yeni mərhələ

380 01.02.2023 10:13 Siyasət A A

Azərbaycan Avropa İttifaqına üzv dövlətlə strateji tərəfdaşlığı rəsmiləşdirdi

Prezident İlham Əliyevin Macarıstan səfəri iki ölkə arasında  münasibətlərin yeni dövrünün başlanğıcı hesab oluna bilər.

Macarıstan Azərbaycanın Avropa İttifaqındakı tərəfdaşlarından biridir, Budapeştin Türkiyə ilə yaxınlığı da əlaqələri dərinləşdirir.Yanvarın 30-da Budapeştdə Prezident İlham Əliyevin Macarıstanın baş naziri Viktor Orbanla geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb. Öncə prezident və baş nazir genişləndirilmiş strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni imzalayıblar.

Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi, təbii qaz, miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlərdə, iki ölkə xarici işlər nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma protokolları imzalanıb.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və konkret olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində bu gün Avropada əsas müttəfiqlərindən birinə çevrilməkdə olan Macarıstan, özünü etibarlılıq baxımından yaxşı tərəfdən göstərməkdədir.

Xüsusilə indi Azərbaycan üçün ən ümdə məsələlərdən birinin erməni işğalından azad edilən ərazilərdə tez bir zamanda bərpa-quruculuq işlərini bitirmək olduğunu nəzərə alsaq, bu baxımdan da macar şirkətlərinin həmin ərazilərimizdə işlərdə iştirak etmək əzmində olduqları ilə bağlı verilən mesajlar Bakının əsas hədəflərindən biri kimi ön plandadır.

Unutmaq olmaz ki, bu gün Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi qismində iştirak edir. Bu da olduqca mühüm əhəmiyyətə malikdir. Azərbaycan dövləti həm 44 günlük Vətən müharibəsindəki qalibiyyətinə, həm də güclənən iqtisadi-siyasi potensialına görə Cənubi Qafqazın lider dövlətidir. Avropanın inkişaf edən və yüksələn dövlətlərindən biri kimi Macarıstanla əlaqələr bizim üçün proritet məsələlərdən birini təşkil edir.

Ən əsası, rəsmi Budapeşt də Bakının regional və qlobal əhəmiyyətini dərk edir və bizimlə münasibətlərin daha da dərinləşdirmək məsələsini dövlət siyasəti halına gətirib.

Bu gün Macarıstan Azərbaycan üçün nə qədər önəmli müttəfiqdirsə, Azərbaycanın da önəmi onlar üçün o qədərdir. Çünki bu gün qlobal siyasi proseslər fonunda geopolitik mövqelərini hər gün daha da gücləndirən bir Azərbaycan var. (Milli.az) 

Macarıstan eyni zamanda Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesində də fəallığı ilə seçilir. Göründüyü kimi, rəsmi Budapeşt Azərbaycanın bütün sahələrdə ən önəmli dəstəkçilərindən biri qismində Bakının yanındadır.

Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa da mühüm önəm verir. Bu ölkə Cənub Qaz Dəhlizi (CQD) layihəsini dəstəkləyir və ona qoşulmaqla bağlı marağını ifadə edib. Macarıstan tərəfi CQD-nin Məşvərət Şurasının illik nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. Azərbaycan-Macarıstan əlaqələri təkcə siyasi və iqtisadi deyil, mədəni və humanitar sahələrdə də uğurla davam etdirilir.

Macarıstanın həm siyasi, həm iqtisadi  potensialı və Azərbaycanın günü-gündən artan geostrateji əhəmiyyəti qlobal miqyasda dövlətlərimiz adına pozitiv dəyişikliklərin daha da artacağını istisna etmir. Bəs əlaqələrin  yeni mərhələsi hər iki ölkəyə nə vəd edir?

Deputat Aydın Hüseynov sosial şəbəkədə barəsində gedən yazıya aydınlıq  gətirdi - FOTO

 Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Macarıstan səfəri Azərbaycan Prezidentinə Avropa dövlətlərinin liderləri tərəfindən necə yüksək münasibət sərgiləndiyinin növbəti əyani göstəricisi oldu. Bundan öncə Serbiya Prezidenti Azərbaycan Prezidentindən öyrəndiyini, indi isə Macarıstan baş naziri Azərbaycan liderinin dünya birliyi ilə münasibətləri ilə iş üslubunu örnək kimi qəbul etdiyini bildirdi. Dövlətimizin başçısına bu cür yüksək münasibət ölkəmizin mövqelərini daha da artıran amillərdəndir. O ki qaldı “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” adlı sənədin imzalanmasına, bununla Azərbaycan Avropa İttifaqına üzv olan və böyük inkişaf yolunda irəliləyən daha bir dövlətlə strateji tərəfdaşlığı rəsmiləşdirmiş oldu: “Bu, sənəd mümkün olan bütün sahələrdə Azərbaycan-Macarıstan əməkdaşlığını təmin edəcək, dərinləşdirəcək. Azərbaycan üçün də, Macarıstan üçün də bu strateji tərəfdaşlıq sənədinin həm iqtisadi, həm siyasi baxımdan çox böyük əhəmiyyəti olacaq. Beynəlxalq səviyyədə Azərbaycanın müdafiəsi baxımından da Macarıstanla münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasının önəmi böyükdür”. 

Vüqar Rəhimzadə: Tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürur,  həm də böyük məsuliyyətdir - AZƏRTAC

Vüqar Rəhimzadə 

YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirdi ki, Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri, keçirdiyi görüşlər və iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün vacib olan sənədlərin imzalanması qarşıda dayanan hədəflərə işıq saldı: “Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir.  Məqsəd ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər ətrafında  Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Prezidenti xanım Katalin Novak və baş nazir Viktor Orbanla həm təkbətək, həm də geniş tərkibdə görüşlərdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri yüksək dəyərləndirildi. Azərbaycan kimi dost və tərəfdaş ölkə ilə əməkdaşlıqdan məmnunluq ifadə olundu. Prezidentlər arasında keçirilən görüşdə ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Xüsusilə Macarıstanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə daim dəstək göstərdiyi, iki ölkə  arasında qarşılıqlı hörmət və etimadın olduğu vurğulandı.

Azərbaycan  Prezidenti İlham Əliyev və Macarıstanın baş naziri Viktor Orbanın imzaladığı “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” çox ciddi strateji əhəmiyyət daşıyır. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. İki ölkə arasında  strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəd, bu günədək iqtisadi sahədə imzalanan sənədlər və səfər çərçivəsində bu sıraya əlavə olunan yeni  Anlaşma Memorandumları əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli rol oynayacaq".

Tural İsmayılov: Ermənistan Rusiya və onun imzasına qarşı da açıq  hörmətsizlik nümayiş etdirir

Tural İsmayılov 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə bildirdi ki, Prezident İlham Əliyevin Macarıstana səfəri və imzalanan “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında əlaqələrin gələcək perspektivləri üçün vacib yeniliklərə səbəb olacaq: “Azərbaycanla Macarıstanın əlaqələri hər iki ölkənin xalqı üçün mühüm əhəmiyyətə malikdir. Əlaqələrin dərinləşməsi, əhatə dairəsinin böyüməsi iqtisadi layihələrin də sayının çoxalmağına səbəb olacaq. Bundan isə ölkə büdcələri yeni daxilolmalar fonunda zənginləşəcək.

Avropada müşahidə edilən ümumi kataklizmlərə rəğmən Macarıstanın iqtisadi və sosial inkişafı danılmazdır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, Macarıstan 191 ölkə arasında ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Belə bir ölkənin Azərbaycanla tərəfdaşlığı Azərbaycan məhsullarının ixracı üçün də əlavə imkanlar yaradır".

Ekspertin sözlərinə görə, Azərbaycan və Macarıstan bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunurlar. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, İƏT-də, BMT-də, TDT-də, İKT-də və sair təşkilatlarda fəallığı bir çox qlobal problemlərin həllinə təkan verir. Macarıstan isə Avropa İttifaqının üzvü kimi öz regionunun inkaredilməz güc mərkəzlərindən birini formalaşdırır: “Macarıstanın BMT, NATO, Dünya Ticarət Təşkilatı, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası kimi təşkilatlarda fəallığı Azərbaycanın maraqlarının beynəlxalq müdafiəsində bizə mühüm dəstək qazandırır. Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə rəsmi şəkildə yüksəlməsi beynəlxalq siyasi arenada da hər iki dövlətin bir-birinə dəstəyini artıracaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR