İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Yer üzündən silinəcək, Amerika isə... -Belarusdan şok hədə

974 25.04.2024 18:38 Dünya A A

Belarusla qonşu dövlətlərin ərazisində nüvə silahından istifadə edilərsə, Avropa yer üzündən silinəcək.

Publika.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bildirib.

Onun sözlərinə görə, Avropada nüvə potensialının yaradılması Xirosima və Naqasaki faciələrinin təkrarlanması ilə bağlı əlavə təhlükə yaradır.

“Transfer edən təkcə Almaniya deyil. Həm də Polşa ərazisində nüvə silahı yerləşdirməyi bəyan edirlər. Nə üçün? Bu gün bütövlükdə Avropada, Şərqi Avropada yalnız Amerika nüvə silahı, 150-dən çox döyüş başlığı var ki, onları təkmilləşdirirlər. Niyə daha çox?” - o, əlavə edib.

Volfoviç 1945-ci ildə ABŞ tərəfindən nüvə bombaları atılan Xirosima və Naqasaki şəhərlərinin faciəsini xatırladıb. Qeyd edib ki, müasir nüvə silahlarından bir neçə dəfə az güclü olsalar da, on minlərlə insanın dərhal ölümünə səbəb oldular.

“Bunu bu gün qonşu dövlətlərin ərazisində tətbiq etsək, nə olacaq? Axı heç kim qalmayacaq. Amerika uzaqdadır. Avropa isə yer üzündən silinəcək. Belarus, Ukrayna və Rusiyaya çoxlu bəla gətirən faciəli Çernobıl qəzasının nəticələrini bu gün də hiss edirik. Bəs hərbi sursatdan istifadə etsək nə olacaq... Bu dəfələrlə böyük, faciəli və təhlükəli olacaq. Buna yol vermək olmaz”, - Volfoviç vurğulayıb.

Xatırladaq ki, Belarus sərhədlərində gərginliyin artdığını dəfələrlə bəyan edib. Bununla bağlı 2023-cü ildə Rusiya nüvə silahını orada yerləşdirilib. Minsk, lazım gələrsə, ölkəni qorumaq üçün bundan istifadə etməkdə qərarlı olduğunu vurğulayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR