İnsanlara hürriyət, millətlərə istiqlal!

"Avropa siyasi birliyi"nin zirvə toplantısına dəvət Azərbaycana nə qazandırır?- Təhlil

824 02.06.2023 20:05 Siyasət A A

 

 

Dünyada artıq bir çox beynəlxalq təşkilatlar etibarını itirib. Onların sırasında Avropa Şurası, 30 il ərzində Azərbaycanın haqq səsini eşitməyən ATƏT və digərlərini qeyd etmək olar.

Lakin bütün bunların fonunda uğurlu platformalar da var. Məsələn, "Avropa siyasi birliyi".

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak etdi.

Məlumat üçün qeyd edək ki, ölkə Prezidenti ikinci dəfə təşkil olunan bu tədbirin hər ikisinə dəvət edilib.

Bu, sözsüz ki,  Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Eyni zamanda dəvət Prezident İlham Əliyevin artan nüfuzunun da göstəricisidir.

ghghgh.jpg (155 KB)

Azərbaycan illərdir ki, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu istiqamətdə saysız-hesabsız müqavilələr, layihələr var. Azərbaycana bu sahədə etibar, güvən sonsuzdur. Zirvəyə ölkəmizin Prezidentinin ikinci dəfə dəvət edilməsi həm də Azərbaycanın siyasi aləmdə sözünə, mövqeyinə necə önəm verildiyini göstərir.

Xüsusilə də 44 günlük müharibədən sonra digər dövlətlərdən fərqli olaraq Azərbaycanın beynəlxalq hüquq çərçivəsində verdiyi sözlərə necə əməl etməsi, sabit bir ölkə olaraq daimi inkişafı dünyanın gözündən qaçmır. Bu baxımdan Azərbaycanın qətiyyəti və ədalət prinsipinə uyğun davranışlarını qəbul edir, onunla hesablaşırlar.

Bu gün regional məsələlərdə Azərbaycanın  razılığı olmadan heç bir təşəbbüs həyata keçirilmir. Bunu, ölkə Prezidenti öz çıxışında da vurğulayıb.

Sitat: “Ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”

“Avropa siyasi birliyi”nin məqsəd və vəzifələri nədir?

Avropa İttifaqı bildirir ki, “Avropa siyasi birliyi” genişlənmə prosesini əvəzləmək və ya ləngitmək niyyəti daşımır, eyni zamanda, orada yer alan ölkələrin nə vaxtsa mütləq Aİ-nin üzvü olacağı anlamına gəlmir. Bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi və sərbəst mühit yaratmaq məqsədi daşıyır. Qərbi Balkan ölkələri, “Şərq Tərəfdaşlığı” ölkələri və Aİ ilə yaxın münasibətləri olan digər Avropa ölkələri də Birliyin iştirakçısı ola bilərlər.

Bu platformanın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçıları ildə iki dəfə görüşürlər. Zirvə toplantılarında hər hansı yekun sənəd qəbul olunmur.

16650-4995178041.jpg (92 KB)

Qeyd edək ki, “Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Toplantıda 27-si Aİ-yə üzv ölkə olmaqla, ümumilikdə 44, Şərq Tərəfdaşlığı regionundan 5 ölkə (Belarus istisna olmaqla), o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Qərbi Balkan regionundan Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya və Albaniya, habelə qitənin digər ölkələri – Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn və Türkiyənin dövlət və hökumət başçıları iştirak ediblər.

Xatırladaq ki, Prezident İlham Əliyevin Praqa görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü zamanı səsləndirilən fikirlər Azərbaycanın etibarlı və perspektivli tərəfdaş kimi tanındığını, ölkəmizlə əməkdaşlığın Avropanın strateji prioritetlərindən biri olduğunu növbəti dəfə təsdiqləyir. Həmin tədbirdə dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, regional təhlükəsizlik məsələlərini daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

1665062100_06df00b72e69e3423abfc.jpg (217 KB)

                                  Praqa toplantısı zamanı çəkilən foto

Moldovanın paytaxtı Kişineudan 35 kilometr məsafədə yerləşən Bulboaka kəndində keçirilən builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak etdi. Praqa Sammitindən fərqli olaraq, budəfəki toplantıya daha 3 ölkə - Lixtenşteyn, Monako və San-Marino da dəvət edildi.

Sammitdə liderlər sülh və təhlükəsizliyin təmin edilməsi, enerji təhlükəsizliyinin təkmilləşdirilməsi və Avropada ölkələrarası əlaqənin gücləndirilməsi mövzularında müzakirələr apardılar.

Qeyd edək ki, “Avropa siyasi birliyi”nin növbəti iki toplantısı müvafiq olaraq İspaniyada və Böyük Britaniyada keçiriləcək.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR