İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Rusiyadan bütün növ zərgərlik məmulatlarının idxalını da dayandıracaq

334 17.11.2023 19:50 Dünya A A

Avropa İttifaqının 12-ci sanksiyalar paketi çərçivəsində Rusiyadan almaz idxalına qoyulan qadağa zərgərlik məmulatlarına da şamil ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə “EU Observer” mənbələrə istinadən yazır.

Aİ-nin daxili sənədinə istinadən verilən məlumata görə, Avropa İttifaqı yeni anti-Rusiya sanksiyalar paketinə “çeşidlənməmiş almazların, eləcə də əksər qeyri-sənaye və süni almazların idxalına qadağa” daxil etməyi təklif edir.

Məhdudiyyətlər siyahısına həmçinin istənilən “zərgərlik məmulatları”, “təbii və mədəni mirvarilərdən hazırlanmış məmulatlar” və tərkibində qızıl və gümüş, o cümlədən brilyant olan məhsullar daxil ediləcək.

Xüsusilə, bu, qol saatlarına aiddir:

“Qadağa Rusiyada hasil edilən brilyantlara, Rusiyadan ixrac edilən almazlara, Rusiya ərazisindən tranzit edilən brilyantlara və üçüncü ölkələrdə emal olunmuş rus almazlarına şamil edilir”.

Bu təkliflər təsdiq olunarsa, 2024-cü il yanvarın 1-dən Rusiyadan almazların idxalına qadağa tətbiq olunacaq. Rusiyadan üçüncü ölkələrdə emal olunmuş brilyantlara məhdudiyyətlərin 2024-cü il sentyabrın 1-dən tətbiq edilməsi planlaşdırılır, çünki ilk növbədə bu malların mənşəyini izləmək üçün yeni mexanizm tətbiq edilməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR