İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Məhkəməsindən Fransa şirkətinə böyük zərbə: Qərar ləğv olundu

1625 20.12.2023 20:46 Dünya A A

Avropa Ədalət Məhkəməsi Avropa Komissiyasının (AK) Air France və Air France-KLM qrupuna Fransanın dövlət yardımını təsdiqləmə qərarını ləğv edib.

Musavat.com xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında deyilir.

Bəyanatdan aydın olur ki, məhkəməyə “Ryanair” və “Malta Air” aviaşirkətləri haqsız rəqabətlə bağlı şikayət ediblər.

Qeyd edək ki, 2020-ci ildə pandemiya ilə əlaqədar daşımaların kəskin azalması fonunda Fransa hakimiyyəti Avropa Komissiyasından “Air France”a 4 milyard avro məbləğində dövlət zəmanəti qarşılığında ümumi məbləğin 90 faizi həcmində kredit, eləcə də 3 milyard avroluq səhmdar krediti vermək üçün icazə istəyib. 2021-ci ilin mart ayında Paris həmçinin AK-ni Air France və Air France-KLM qrupunun borclarını azaltmaq üçün cəmi 4 milyard avro məbləğində yenidən kapitallaşdırılması üçün məqsədyönlü dəstək vermək planları barədə xəbərdar edbi. Nizamnamə kapitalının artırılması üçün birbaşa Fransa büdcəsindən 1 milyard avro ayrılması planlaşdırılırdı. 2023-cü ilin aprelində Air France-KLM dövlətə olan borcunu tam ödədiyini bildirib.

Avropa Komissiyası yoxlamalardan sonra qərara gəlib ki, Air France bu yardımdan yeganə faydalanan şəxsdir və tədbirlərin özü Aİ daxili bazarında qarşılıqlı fəaliyyət qaydalarına uyğundur. Bununla belə, “Ryanair” və “Malta Air” Avropa Məhkəməsində bu tədbirlərin Aİ qaydalarını pozduğunu sübut edərək AK-nin benefisiarların sayını səhv hesabladığını üzə çıxarıblar: “Ümumi yurisdiksiya məhkəməsi bu hərəkətləri dəstəkləyir və komissiyanın qərarlarını ləğv edir. Air France-KLM qrupuna daxil olan şirkətlər arasında maliyyə, üzvi, funksional və iqtisadi əlaqələri və sözügedən tədbirlərin təmin edən müqavilə çərçivəsini nəzərə alaraq belə qənaətə gəlir ki, Air France-KLM (birinci işdə) və KLM (ikinci halda) ən azı dolayı yolla dövlət yardımından faydalana bilmişdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR