İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Çin şirkətinə qarşı rüşvət ittihamı ilə araşdırmaya başladı

260 16.02.2024 23:54 Dünya A A

Avropa Komissiyası (AK) Çinin vaqon və lokomotiv istehsalçısı “CRRC Qingdao Sifang Locomotive Co” şirkətinə qarşı araşdırma başladır.

Musavat.com xəbər verir ki, bu barədə AK mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, şirkət 20 elektrovozun alınması üçün Bolqarıstan hökumətinin tenderində istehsalçıya üstünlük verə biləcək “əsassız xarici subsidiyalar” ayırmaqda şübhəli bilinir:

“Avropa Komissiyasının bu gün başlatdığı təhqiqat Bolqarıstanın Nəqliyyat və Rabitə Nazirliyi tərəfindən 20 elektrovozun alınması və onlara 15 il müddətinə texniki xidmət göstərilməsi üçün elan edilmiş tenderlə bağlıdır, müqavilənin təxmini dəyəri 610 milyon avrodur”.

Məlumatda qeyd olunur ki, Avropa İttifaqında 2024-cü ildə qüvvəyə minmiş xarici investisiyalara nəzarət standartlarına əsasən, həcmi 250 milyon avrodan çox olan tenderlərdə iştirak edən bütün şirkətlər son üç ildə hər hansı xarici dövlətdən 4 milyon avrodan çox vəsait əldə edibsə, bu barədə Avropa Komissiyasına məlumat verməlidir.

Avropa Komissiyası “CRRC Qingdao Sifang Locomotive Co”nun tender üçün həddindən artıq gəlirli təklif verməyə imkan verən əsassız subsidiyalar alıb-almadığını araşdıracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR