İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Ukraynaya 21 milyard avro dəyərində hərbi yardım edəcək

479 08.03.2024 19:53 Dünya A A

Avropa İttifaqı ölkələri 2024-cü ildə Ukraynaya 21 milyard avro həcmində hərbi yardım göstərmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis Kiyevə səfəri zamanı açıqlayıb.

Onun bəyanatını Avropa Komissiyasının mətbuat xidməti yayıb: "Bu il Aİ ölkələri hərbi yardım üçün 21 milyard avro ayırmağı planlaşdırır. Bu rəqəm təxmini məlumatlara əsaslanır, ona görə də faktiki məbləğ daha da çox ola bilər".

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hücumu başlayandan bəri Aİ ölkələri artıq Kiyevə 28 milyard avro dəyərində silah və sursat ayırıb, Aİ ölkələrinin Ukraynaya göstərdiyi ümumi yardım 88 milyard avro təşkil edib.

Dombrovskis həmçinin bildirib ki, AK martda Kiyevə 4,5 milyard avro, apreldə isə 1,5 milyard avro yardım ayırmaq niyyətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR