İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı Gürcüstandan xarici siyasətini onunla tam uyğunlaşdırmasını gözləyir - Borrel

337 20.02.2024 23:52 Dünya A A

Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Josep Borrell bildirib ki, Gürcüstan Aİ üzvü olmaq üçün Brüsselin xarici siyasət kursuna tam şəkildə uyğunlaşmalıdır.

O, həmçinin Gürcüstanı “anti-Qərb dezinformasiyası ilə mübarizə aparmağa” çağırıb: "Bu gün Gürcüstanın Aİ-yə üzv olmaq üçün namizəd statusunu almasından sonra ilk görüşümüzdür. Avropa İttifaqı ümumi dəyərlərə və prinsiplərə əsaslanan bir cəmiyyətdir və bu, indi yaşadığımız çox mürəkkəb və hətta təhlükəli geosiyasi şəraitdə xüsusilə vacibdir. Biz sizin strateji səylərinizi alqışlayırıq, sizin (Gürcüstan – red.) xarici siyasətinizin Aİ-nin xarici siyasətinə uyğunlaşdırılmasının bir qədər də dərinləşməsini alqışlayırıq, lakin növbəti illərdə biz bu inteqrasiyanın daha əhəmiyyətli dərəcədə yüksək olacağını gözləyirik. Biz həmçinin anti-Qərb dezinformasiyasının və ritorikasının yayılmasından narahatıq və sizi informasiya manipulyasiyası və seçkilərə kənar müdaxilə ilə mübarizədə səylərinizi ikiqat artırmağa çağırırıq”.

Avropa İttifaqına daxil olmaq üçün bütün namizəd ölkələrə qarşı qoyulan şərtlərdən biri də birliyin xarici siyasətinə, o cümlədən sanksiyalar məsələsinə tam riayət etməkdir.

Keçən il Borrell və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentində bildirmişdilər ki, Aİ xarici ölkələrlə münasibətlərini onların “Ukraynadakı münaqişə” və “Çinin dünya səhnəsində rolunun güclənməsində ilə bağlı tutduğu mövqedən asılı olaraq” quracaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR