İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa günəş enerjisi istehsalını kəskin artıracaq

267 06.02.2024 15:06 Dünya A A

Avropada günəş enerjisi istehsalı 2024-cü ildə təxminən 50 TVt/saat artacaq.

Musavat.com xəbər verir ki, bu, “Rystad Energy” analitik şirkətinin proqnozunda əksini tapıb.

Proqnoza görə, külək elektrik stansiyalarında (SES) hasilat 38 TVt/saat, nüvə elektrik stansiyalarında 20 TVt/saat, su elektrik stansiyalarında isə 5 TVt/saat artacaq.

“Rystad Energy”nin hesablamalarına əsasən, qalıq yanacaqlardan və digər mənbələrdən elektrik enerjisi istehsalı 60 TVt/saat azalacaq. Beləliklə, günəş enerjisi ilk dəfə olaraq Avropada bütün enerji sektorunda istehsalın artımında lider olacaq. Buna bütün regionda və xüsusilə 2023-cü ildə xalis elektrik enerjisi idxalçısı olan Almaniyada böyük həcmdə yeni quraşdırılmış güclər kömək edəcək.

“Rystad”ın proqnozlarına görə, 2024-cü ildə Avropada ümumi elektrik enerjisi istehsalı bir il əvvəlki 2,687 min TVt-dan 2,74 min TWsaata yüksələcək.

Şirkətin proqnozu Aİ-nin 27 ölkəsini, Norveç, Serbiya, İsveçrəni əhatə edir, Böyük Britaniya göstəriciləri əhatə etmir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR