İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa futbolunu "becərən"lərin mühakiməsi başlanıb

470 09.06.2022 15:40 İdman A A

İyunun 8-i İsveçrənin Federal Cinayət Məhkəməsində FİFA və UEFA-nın sabiq prezidentləri Jozef Blatterlə Mişel Platininin mühakiməsi başlayıb.

Novator.az bildirir ki, hər iki şəxsə ittihamı 2021-ci il noyabrın 2-də İsveçrənin Federal Prokurorluğu irəli sürüb. Əsas ittihama görə, Mişel Platini 2011-ci ildə FİFA-dan 2 milyon İsveçrə frankı məbləğində qanunsuz ödəniş alıb. Cinayətin törədildiyi sübuta yetirilsə, Jozef Blatterlə Mişel Platinini 5 ilədək həbs cəzası gözləyir.

Həm FİFA, həm də UEFA-nın mənzil-qərargahları İsveçrədə yerləşir.

2015-ci ilin mayından FİFA ətrafında korrupsiya qalmaqalı gedib, bir çox məmur tutulub. İyulun 2-də Jozef Blatter FİFA prezidenti postundan istefa verib. Sentyabr ayında hazırda məhkəməyə qədər böyümüş 2 milyon franklıq qanunsuz ödəniş ittihamı gündəmə gəlib. Dekabrın 21-də hər iki şəxs 8 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb. Sonradan Mişel Platininin cəzası 4 ilə endirilib. 2016-cı il sentyabrın 14-də Mişel Platini UEFA prezidenti postunu tərk edib.

1936-cı il təvəllüdlü Jozef Blatter 1998-ci ildən FİFA prezidenti olub.

1955-ci il təvəllüdlü Mişel Platini futbolçu karyerası ərzində Fransanın “Nansi”, “Sent-Etyenn”, İtaliyanın “Yuventus” klublarında oynayıb, Fransa milli komandasının şərəfini qoruyub.

Avropa çempionu, Kuboklar kubokunun, Çempionlar kubokunun, Avropa superkubokunun, qitələrarası kubokun qalibidir.

1983, 1984, 1985-ci illərdə Avropanın ən yaxşı futbolçusu seçilərək “Qızıl top” mükafatı alıb.

1987-ci ildən məşqçilik edən, sonradan isə futbol funksioneri kimi çalışan Mişel Platini 2007-ci ildən UEFA prezidenti, eyni zamanda FİFA-nın vitse-prezidenti olub. 2020-ci ildən Beynəlxalq Peşəkar Futbolçular Federasiyası prezidentinin müşaviridir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR