İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Ermənistana görə HƏRƏKƏTƏ KEÇDİ - Bu gün QƏRAR VERİLƏCƏK

776 03.06.2026 09:32 Siyasət A A

Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər fonunda Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün Avropa İttifaqının İrəvana göstərəcəyi dəstəyi müzakirə edəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun erməni xidməti Brüsseldəki mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin verdiyi məlumata görə, Avropa İttifaqı Ermənistan üçün maliyyə yardımı və güzəştli ticarət şərtləri hazırlayır.

Söhbət bəzi Ermənistan mallarının Aİ bazarına rüsumsuz və kvotasız daxil olmasına imkan verəcək Avtonom Ticarət Tədbirlərindən gedir.

Brüssel bu mexanizmi adətən böhranlı vəziyyətlərdə tərəfdaşlarına dəstək olmaq və onların Avropa bazarına daha dərindən inteqrasiyasını təmin etmək üçün tətbiq edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR