İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa dördlüsü İrana qarşı sanksiyaları aradan qaldıra bilər

666 15.06.2026 08:34 Siyasət A A

Birləşmiş Krallıq, Almaniya, İtaliya və Fransa İran və ABŞ arasında əldə edilən razılaşmanı alqışlayır.

Musavat.com xəbər verir ki, bu mövqe dörd Avropa ölkəsi liderlərinin birgə bəyanatında əksini tapıb. Kommünikeyə görə, G4 ölkələri İranın nüvə proqramı ilə bağlı "aydın və təsdiqlənə bilən hərəkətlərinə" cavab olaraq sanksiyaları ləğv etməyə hazırdırlar.

Birləşmiş Krallıq, Almaniya, İtaliya və Fransa liderləri Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ, İran və MAQATE ilə əməkdaşlığı nəzərdən keçirdiklərini qeyd ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR