İnsanlara hürriyət, millətlərə istiqlal!

Ata həbsdəki oğluna narkotik keçirmək istədi

300 06.07.2022 20:20 Hadisə A A

Penitensiar Xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində təcridxanaya narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Cavid Nizami oğlu Səfərova atası Bakı şəhər sakini Nizami Ağalar oğlu Səfərov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,060 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR