İnsanlara hürriyət, millətlərə istiqlal!

Astma xəstəsi olan moskvalı gənc orduya göndərilib

1371 20.12.2023 16:45 Dünya A A

Astma xəstəsi olan Moskva sakini məlumatları dəqiqləşdirmək adıyla hərbi komissarlığa çağırılıb və nəticədə ordu sıralarına göndərilib.

Musavat.com xəbər verir ki, bu barədə “Diqqət, Moskva” Telegram kanalı yazıb.

22 yaşlı Zyuzin sakini 30 dəqiqə ərzində xidmətə yararlı elan edilib və onu müqavilə bağlamağa inandırmağa başlayıblar. Moskvalı gənc hərbi xidmətə yararlı olmaq imkanı verməyən xəstəliklər siyahısında yer alan bronxial astma xəstəliyindən əziyyət çəkir. Onun xəstəliyi yüngüldür, lakin tutmalardan qaçmaq üçün gənc daim inqalyatorlar və dərmanlarda yararlanmalıdır.

Çağırışçı gəncin anasının dediyinə görə, oğluna ilk çağırış 2022-ci ilin dekabrında gəlib. Gənc bütün həkimlərdən keçib və hərbi komissarlığa astma xəstəliyinin olması barədə arayış təqdim edib. Qadın iddia edir ki, hərbi komissarlıq işçiləri tibbi sənədləri saxta adlandırıblar və ona yazda həqiqi sənədlərlə qayıtmasını deyiblər, lakin yeni bildiriş yalnız 2023-cü ilin noyabrında göndərilib.

Qadın hərbi prokurorluğa müraciət edərək tək ana olduğunu hərbi komissarların səlahiyyətlərini aşaraq xəstə oğlunu qəsdən orduya apardığını, faktın araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını xahiş edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR