İnsanlara hürriyət, millətlərə istiqlal!

Astana yaxınlığındakı idman məktəbində 10 yaşlı uşaq məşqdə ölüb

316 27.05.2023 11:02 Son xəbər A A

Astana yaxınlığındakı idman məktəbində 10 yaşlı uşaq məşq zamanı qəflətən huunu itirib və ölüb.

Musavat.com Sputnik Qazaxıstan-a istinadən xəbər verir ki, 10 yaşlı uşaq Akmola vilayətinin Selinoqrad rayonunun Talapker kəndindəki xüsusi təlim mərkəzində məşq edirmiş.

Akmola vilayətinin polis idarəsindən verilən məlumata görə, azyaşlının ölümü ilə bağlı ibtidai istintaq başlayıb. Ölümün səbəbini müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin edilib.

Regional təcili yardım stansiyasının baş həkimi Aleksandr Vısotski bildirib ki, isinmə hərəkətləri zamanı uşaq qəfil huşunu itirib və yıxılıb. Təcili yardım briqadası gəlib və xəstənin öldüyünü təsbit edib.

Araşdırma aparılır, məktəbdəki videokameralara baxış keçirilir.

Xarırladaq ki, bir neçə həftə öncə ölkəmizdə də 7 yaşlı uşaq idman zalnda məşq edərkən aldığı xəsarətlər üzündən xəstəxanada həyatını itirmişdi və bu, ölkədə geniş rezonans doğurmuşdu.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR