İnsanlara hürriyət, millətlərə istiqlal!

“AŞPA - “riyakarlar klubu”na çevrilib”-Elşən Musayev

294 01.02.2024 16:30 Dünya A A

 

Milli Məclisin iclasında çıxış edən deputat Elşən Musayev Avropa Şurası Parlament Assambleyasının qərəzli mövqeyini tənqid etdi.

Musavat.com-un məlumatına görə “AŞPA hazırda aşpaz funksiyasını yerinə yetirir və onların qazanında ədalətdən başqa hər şey qaynayır”, deyən deputat bildirdi ki, AŞPA hazırda çox xaotik durumdadır. “Ona görə də artıq idarə etmir, idarə olunur. Həm də kənardan. Məsələn, Yelisey Sarayından, Ağ Evdən və Allah bilir başqa haralardan”, E.Musayev əlavə etdi.

Deputatın sözlərinə görə, AŞPA - “riyakarlar klubu”na çevirilib və həmin klubun öz “dress-kod”u, yazılmamış qanunları, iyrənc mühiti və çəkilməsi mümkün olmayan qoxusu var: “Bəzən hətta bu fikri də irəli sürürlər ki, yəqin Qərb qüvvələri Avropa üzərindən bizə təsir etmək istəyir, qarşımıza seçim qoyur. Yüz dəfə demişik. Bu da 101-ci olsun: Azərbaycanla kimsə diktə formasında, hədə dilində danışa bilməz. Qərb və ya Avropa kimdir ki, bizə seçim məcburiyyəti qoysun, ya da nəyisə tələb etsin?

Mümkün deyil belə şey. Biz siyasətimizi özümüz müəyyənləşdiririk. Biz müstəqil siyasət yürüdürük və həmin siyasətə kölgə salmaq istəyən, daxili işlərimizə qarışmağa cəhd edən istənilən qara qüvvənin cavabını, ağzının payını anındaca vermək iqtidarındayıq. Bizə uzanan dilləri elə uzandığı yerdən kəsəcəyik. Buna hər kəs əmin olsun!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR