İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA Kosovonun Avropa Şurasına üzvlüyünü müdafiə edib- Serbiyada narahatlıq

607 27.03.2024 22:24 Dünya A A

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər və Demokratiya Komitəsi Kosovonun Avropa Şurasına üzvlüyünü müdafiə edib.

Musavat.com xəbər verir ki, aprelin 18-də Avropa Şurasına üzv 46 ölkənin parlamentarilərini bir araya gətirən AŞPA Kosovonun üzvlük ərizəsi ilə bağlı rəyə səs verəcək. Üzvlüklə bağlı yekun qərarı Avropa Şurasının Nazirlər Komitəsi verəcək.  Bir gün əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç Serbiya hakimiyyətinin ölkənin milli maraqlarını birbaşa təhdid edən xəbərlər aldığını bildirib.

Vuçiç təfərrüatları açıqlamayıb, lakin ekspertlər ehtimal ediblər ki, söhbət Kosovonun Avropa Şurasına yaxınlaşmasından gedir.

 

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR