İnsanlara hürriyət, millətlərə istiqlal!

Asiyanın ən varlı adamı: Yaxınlarına aldığı hədiyyələr dodaq uçuqladır

988 25.04.2024 14:30 Dünya A A

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür.

Ambani sevdiklərinə  bahalı hədiyyə verməklə ad çıxarıb. 

Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik.

Airbus lüks təyyarəsi (A319)

Milyarder həyat yoldaşı Nitanın 55 illik yubileyi üçün ona dəyəri 28 milyon dollardan çox olan şəxsi təyyarə hədiyyə edib. Təyyarədə, xüsusi ofis, gözəllik salonu, musiqi sistemləri və peyk televiziyası var.

Rolls-Royce Cullinan Black Badge

Keçən il Divali bayramında Mukeş həyat yoldaşı Nitaya narıncı rəngli ultra dəbdəbəli “Rolls-Royce Cullinan Black Badge” avtomobili hədiyyə edib. Bu bahalı maşın milyarderə təxminən 1 milyon 200 min dollara başa gəlib.

Xüsusi qarderob

Dörd uşaq babası olan Mukeş nəvələrinə, yəni qızı  İşa Ambaninin əkiz övladlarına “Dior” və “Chanel” də daxil olmaqla dəbdəbəli brendlərin paltarları ilə dolu xüsusi qarderob hədiyyə edib.

“Bentley Continental GTC” 

Mukeşin oğlu Anant 2022-ci ildə Radhika Merchant ilə nişanlananda onlara dəyəri yarım milyon dollardan çox olan dəbdəbəli Bentley Continental GTC Speed avtomobili bağışlayıb.

22 mərtəbəli bina

2023-cü ilin aprelində Mukeş köhnə dostu Manoj Modiyə 15 milyard dollar dəyərində 22 mərtəbəli bina hədiyyə edib.

“Palm Jumeirah” sahilində villa

Mukeş 2022-ci ildə oğlu Anant üçün “Palm Jumeirah”da 3000 kvadrat metrlik dəbdəbəli malikanə alıb./Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR