İnsanlara hürriyət, millətlərə istiqlal!

Asan yolla pul qazanmaq təklifi sizi çətin duruma sala bilər - XƏBƏRDARLIQ VİDEO

768 07.04.2024 23:34 Ölkə A A

Son vaxtlar vatsap vasitəsilə vətəndaşlara asan yolla pul qazanmaq adı ilə mesajlar gəlir. Mesajlarda ya hər hansı reklamı izlədikdən sonra ödəniş almaq, ya da hər hansı videoya şərh yazdıqdan sonra qazanc əldə edəcəkləri vəd edilir. Bildirilir ki, bu yolla bir gündə minimum 50 manat.

Xezerxeber.az-ın məlumatına görə, əvvəlcə kiçik məbləğlər həqiqətən də istifadəçilərə ödənilir və inam yaradılır. Daha sonra məbləğ artdıqca, guya hesabın təsdiqlənməsi üçün istifadəçidən əlavə ödəniş və pulun köçürülməsi üçün bank kartı məlumatları tələb olunur. Beləliklə, kiberdələduzlar bu üsulla sosial şəbəkə istifadəçilərinin pulunu və kart məlumatlarını ələ keçirirlər.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev deyir ki, kiberdələduzlar “qazanc” təklif etdikləri nömrələri əsasən sosial şəbəkələrdəki və ya hansısa saytlardakı boşluqlardan əldə edirlər.

Ekspertin sözlərinə görə, belə dələduzların qurbanına çevrilən istifadəçilərin əksəriyyəti kiçik məbləğlər əldə etdikdən sonra şirniklənirlər. Bu isə onlara baha başa gəlir.

Ekspert vətəndaşları belə mesajlara qarşı diqqətli olmağa, bu kimi asan qazanc təkliflərinə inanmamağa, şəxsi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyə çağırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR