İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını və qayınatasını öldürən xüsusi təyinatlı polis eyni silahla İNTİHAR ETDİ FOTO VİDEO

1766 22.10.2022 01:00 Kriminal A A

Türkiyədə həyat yoldaşı Eda Eke və qayınatası Yakup Ortaburunu öldürən polis əməkdaşı Serkan Eke daha sonra öz həyatına son qoyub.

Musavat.com xəbər verir ki, sözügedın dəhşətli hadisə Türkiyənin Ankara şəhərində baş verib.

Hadisə yerinə gələn mərhumun yaxınları şoka düşüb. Polis əməkdaşı Ekenin xüsusi əməliyyatlarda xidmət etdiyi və 1 ay əvvəl özəl xidmətdən qayıtdığı bildirilib.

Ankaranın Elmadağ rayonunda baş verən hadisədə polis məmuru Eke boşanma mərhələsində olduğu öyrənilən həyat yoldaşı və qayınatası ilə ilk öncə avtomobildə mübahisə ediblər. Serkan Eke həyat yoldaşı və qayınatası ilə maşından düşərək mübahisəyə davam edib. Böyüyən mübahisədə Serkan Eke əvvəlcə həyat yoldaşını və qayınatasını, daha sonra isə özünü tapança ilə güllələyib.

Xəbər verildikdən sonra hadisə yerinə polis və təcili yardım  göndərilib. Sağlamlıq qrupları 3 nəfərin həyatını itirdiyi təyin edib. Hadisə yerinə gələn mərhumun yaxınları sarsıntı keçirib. Polis əməkdaşı Ekenin xüsusi əməliyyatlarda xidmət etdiyi və 1 ay əvvəl xüsusi xidmətdən qayıtdığı bildirilib. Cütlüyün iki övladının olduğu da öyrənilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR