İnsanlara hürriyət, millətlərə istiqlal!

Arvadını bıçaqlayan ər saxlanıldı

737 25.12.2022 20:41 Kriminal A A

Dekabrın 14-ü həyat yoldaşını bıçaqlayan və sonra hadisə yerindən uzaqlaşan Gəncə sakini polis tərəfindən saxlanılıb.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisəni törədən 1978-ci il təvəllüdlü Zaur Süleymanov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, o, mübahisə zəminində həyat yoldaşı 1980-ci il təvəllüdlü Süleymanova Aytən Məmməd qızına bıçaqla çoxsaylı xəsarətlər yetirməkdə təqsirli bilinir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR