İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Qriqoryan: "Zəngəzur dəhlizi uğrunda müharibəyə hazırıq"

2156 14.05.2023 17:42 Gündəm A A

“Dağlıq Qarabağda qərbyönlü əhval-ruhiyyə yoxdur. Lakin buna rəğmən orada anti-Rusiya əhval-ruhiyyəsi ortaya çıxıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Novaya qazeta Europe” qəzetinə müsahibəsində bildirib.

“Qarabağda qərbyönlü əhval-ruhiyyə mövcud deyil. Soros yoxdur. NATO-nun əvəzinə - RSK, yəni Rusiya sülhməramlı kontingenti dayanıb. Lakin indi insanlar Rusiyaya qarşıdırlar. Sizcə niyə? Bu Qərbə görə baş verməyib, Rusiya burada özü günahkardır. Burada özünə qarşı münasibəti Rusiya özü formalaşdırır”,-deyə Qriqoryan qeyd edib.

Qriqoryan bu mənada Rusiya sülhməramlılarından heç nə gözləmədiklərini bildirib. Onun sözlərinə görə, Ermənistan indi Qarabağda beynəlxalq müşahidə missiyası göndərmək üçün lobbiçilik edir.

Jurnalist Rusiyanın nə istədiyi barədə xəbər alıb.

“Məsələn versiyalardan biri İlham Əliyevə Zəngəzur dəhlizindən keçərək Türkiyəyə yol açmağa kömək etməkdir. Azərbaycan qazı adı altında Rusiya qazı sanksiyalardan yan keçməklə bu dəhlizdən keçəcək”, - deyə jurnalist Yan Şenkman sualla bərabər belə bir fərziyyə irəli sürüb.

“Amma bu, artıq baş verir, qaz artıq mövcud infrastrukturlar çərçivəsində axır. Lakin məsələ təkcə bundan ibarət deyil. İstənilən halda Ermənistan heç vaxt öz ərazisindən ekstraterritorial dəhlizin keçməsinə razı olmayacaq. Bizim üçün bu, qırmızı xəttdir. Müharibədirsə, deməli, müharibə”,-deyə Qriqoryan suala belə cavab verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR