İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Aşotyan: Paşinyan “satqın” sözündən çox “qisas” sözündən qorxur

691 04.05.2023 03:31 Son xəbər A A

“Nikolun Türkiyənin bizim üçün hava məkanını bağlaması ilə bağlı Türkiyəyə bir acı söz deməməsinə hirslənməyin.

Onun sözlərinə görə, burada “qəhrəmanlara” (Türkiyə və Azərbaycanın dövlət xadimlərini xaincəsinə qətlə yetirən erməni terrorçuları Armen Aşotyan tərəfindən bu cür təqdim olunur. Xatırladaq ki, bu günlərdə həmin terror aktını həyata keçirən erməni qatillərinə İrəvanda abidə ucaldılıb-red.) heykəl tikən erməni xalqı günahkardır” .

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın keçmiş hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Teleqram kanalında yazıb.

“Və unutmayın: o, “xain” sözündən daha çox “intiqam” sözündən qorxur. Necə ki, onu xəyanətinə görə hesaba çəkdirmək üçün bütün imkanları əngəlləməyə çalışır”, – deyə revanşist erməni siyasətçi qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR