İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Gülər addım-addım "Barselona"ya yaxınlaşır

938 03.07.2023 15:15 İdman A A

"Barselona" barəsində bütün Avropada danışılan Arda Gülərin transferində sona yaxınlaşır. "Real-Madrid" sıxışdırsa da, Kataloniya nəhəngi 18 yaşlı ulduzla bağlı mühüm addımlar atır. Gənc istedadın müqavilə detalları məlum olub.

Musavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, Arda Gülər dünən İspaniyanın məşhur AS qəzetinin həm üz qabığında, həm də "Real-Madrid" səhifəsində manşet olub.

Üz qabığında “Gülərin çılğınlığı” başlığından istifadə edən AS, daxili səhifədə “Gülər üçün türk ehtirası” sözlərini işlədib. Qəzet Avropanın aparıcı klublarının yarısının, eləcə də "Real Madrid", "Barselona" və "Sevilya"ın gənc istedadı transfer etmək fikrində olduğuna diqqət çəkib. Xəbərdə "Real-Madrid"in 17,5 milyon avroluq sərbəstlik haqqını ödəməkdən çəkinmədiyi, ispan nəhənginin Ardaya iki variant təklif etdiyi bildirilib".

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR