İnsanlara hürriyət, millətlərə istiqlal!

Ard-arda baş verən dəhşətli yanğınlar: Təsadüf, yoxsa gizli təxribat? VİDEO

1254 05.12.2025 18:41 Reportaj A A

Son günlər Azərbaycanda ard-arda baş verən yanğın hadisələri cəmiyyəti ciddi şəkildə narahat etməyə başlayıb. Artıq bir neçə gündür ki, həm paytaxt Bakıda, həm də müxtəlif bölgələrdə, şəhər və rayonlarda dəhşətli yanğınlar, tüstü boğulmaları, faciəvi ölümlər və yaralanmalarla müşayiət olunan hadisələr qeydə alınır. Hadisələrin intensivliyi və ağır nəticələri gündəmin əsas mövzusuna çevrilib. Xüsusilə də son 24 saatda baş verən yanğınlar cəmiyyətin psixoloji durumuna ciddi təsir göstərib.

Təkcə bu gün ərzində iki ağır yanğın hadisəsi qeydə alınıb ki, bunların hər ikisi insan itkisi ilə nəticələnib və ölkə gündəmini sarsıdacaq qədər dəhşətli olub.

Bəs ard-arda baş verən dəhşətli yanğınların, partlayışların əsl səbəbi nədir? Təsadüfi texniki nasazlıq, diqqətsizlik, yoxsa kimlərinsə məqsədli təxribatı?

TV Musavat mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib.

Hazırladığımız videosüjeti təqdim edirik:

Xalidə Gəray,
Rafət Şahbazov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR