İnsanlara hürriyət, millətlərə istiqlal!

Arazdəyəndə metallurgiya zavodu tikən şirkətlərdən gülünc iddialar

872 15.07.2023 10:20 Gündəm A A

Ermənistan müxtəlif bəhanələrlə Arazdəyəndə tikilən metallurgiya zavodunun Azərbaycan üçün ekoloji problem yaradacağı ilə bağlı deyilənləri təkzib etməyə mənasız cəhdlər göstərir.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Bu dəfə də zavodun tikintisini həyata keçirən Virtual Funding və CSE Global şirkətlərinin bəyanatı yayılıb. “Zavodumuz filizdən metal çıxarılan metallurgiya zavodu deyil, hazır metalların armatura çevrildiyi, heç bir zərərli tullantıların olmadığı ərimə zavodudur. Tikilməkdə olan zavodun transsərhəd təsiri olmadığı üçün biz Azərbaycanın göstərdiyi beynəlxalq konvensiyaların heç bir müddəasını pozmamışıq.

b777e397-50bd-4a59-b1e5-506ad6f58c11.jpg (18 KB)

Bu sözləri təsdiqləmək üçün biz beynəlxalq ekspertlərlə dialoqa hazırıq. Yuxarıda göstərilənlərin ardınca beynəlxalq platformalardakı fəaliyyətlərimiz davam edəcək. Bu məqsədlər üçün heç bir xərcimizi əsirgəməyəcəyik və dəymiş itkilərin ödənilməsini tələb edəcəyik”-bəyanatda iddia olunur. Ardınca iddia olunub ki, bizdə bütün əsaslar var, o cümlədən 40-a yaxın ölkənin diplomatik nümayəndələri tərəfindən qeydə alınıb. “Bizim bəyanatımıza məhəl qoyulmasa və silahsız işçilər yenidən işdən çıxarılsa, biz bunu Amerika kapitalına birbaşa zərbə kimi qiymətləndirəcəyik”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Azərbaycan ekoloji terrora səbəb olacaq zavodun tikintisinin dayandırılmasında israrlıdır və bununla bağlı beynəlxalq aləmə müxtəlif səviyyələrdə çağırışlar edilib, faktlar təqdim olunub. Həmçinin Ermənistanın ekoloji normaları, Espo Konvensiyasını kobud şəkildə pozaraq Arazdəyəndə dağ-mədən sənayesi zavodu tikməsi əleyhinə çıxış edən xarici qeyri-hökumət təşklatlarının da beynəlxalq qurumlara çağırış ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR