İnsanlara hürriyət, millətlərə istiqlal!

Aralıq dənizində immiqrantları daşıyan qayıq batdı: 30 nəfər itkin düşdü

243 13.03.2023 15:37 Hadisə A A

Aralıq dənizində immiqrantları daşıyan qayıq batıb.

İtaliya Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada bildirilib ki, Liviyadan yola düşən qayıq Aralıq dənizində əlverişsiz hava şəraiti üzündən batıb.

30 immiqrantın itkin düşdüyü, 17 immiqrantın isə xilas edildiyi bildirilib

Ticarət gəmiləri və Avropa İttifaqının sərhəd agentliyi “Frontex”in hava dəstəyi ilə xilasetmə əməliyyatları aparılıb.

Pis hava şəraiti səbəbindən xilasetmə ilk cəhdi uğursuz olduqdan sonra Liviya səlahiyyətliləri xilasetmə işlərini həyata keçirmək üçün imkanlarının olmadığını əsas gətirərək İtaliyadan kömək istəyiblər. İtaliya isə batmış qayığın Axtarış və Xilasetmə Bölgəsi (SAR) xaricində baş verdiyini bildirib və bölgədəki ticarət gəmilərindən xilasetmə işlərinə qoşulmalarını istəyib.

Mənbə: İHA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR