İnsanlara hürriyət, millətlərə istiqlal!

Ara Saakyan: “Ermənistanda dövlət öz öhdəliklərini yerinə yetirmir”  

781 21.08.2023 13:06 Region A A


“Ermənistan cəmiyyəti elə bir vəziyyətlə üzləşib ki, dövlət öz öhdəliklərini yerinə yetirməkdən yayınır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli parlamentin keçmiş vitse-spikeri, Ermənistanın Qazaxıstandakı keçmiş səfiri Ara Saakyan deyib.

O, çoxlarının Ermənistanda hazırkı vəziyyəti 90-cı illərin əvvəlləri ilə müqayisə etdiyini, lakin reallıqda situasiyanın kökündən əksinə olduğunu vurğulayıb.

“Ortaq yeganə cəhət Qarabağ münaqişəsinin mövcudluğudur. Fərqlər daha çox nəzərə çarpır. O vaxt Ermənistanın ordusu yox idi, onu yaratmaq üçün ilk addımlar atılırdı, indi ordu var, amma onu məhv etmək üçün addımlar atılır. O zaman müstəqil dövlət institutlarının yaradılması istiqamətində işlər gedirdi: Xarici İşlər Nazirliyi, təhlükəsizlik sistemləri və s. Bu, təbii ki, bu qurumların formalaşmasının bütün mürəkkəblikləri ilə bir yüksəliş dövrü sayılırdı. İndi bütün bu qurumlar çürüyür və təhrif olunur. Həmin vaxt ermənilər arasında şövq və inam, fədakarlığa hazır gənclik vardı, ən əsası milli birlik mövcud idi, üstəlik, bu, şüar yox, reallıq idi. Bu nöqteyi-nəzərdən biz (ermənilər-red.) indi kökündən əks vəziyyətdəyik”, - deyə Saakyan yerli “Pressinq” proqramının efirində deyib.

Onun sözlərinə görə, 90-cı illərdə könüllülər hərəkətverici qüvvə olub. İndi ictimaiyyət hesab edir ki, 30 ildən sonra bütün addımlar dövlətin nəzarəti və idarəçiliyi ilə həyata keçirilməlidir. Amma problem burasındadır ki, dövlət özü bu vəzifələri yerinə yetirməkdən yayınır. “Mən gündəlik problemlərdən tutmuş daha mühüm məsələlərə qədər çoxlu misallar çəkə bilərəm ki, dövlət öz öhdəliklərini yerinə yetirmir”,-deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR