İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA qurban ətini satmağı təklif edir, din isə... - Hacı Şahindən AÇIQLAMA

1010 14.06.2022 12:06 Gündəm A A

“Qurban kəsmək Həcc ziyarətində olanlara vacibdir. Qurban kəsilməsi Həccin ayinlərindən biridir və orada olan insanlar əgər qurban kəsmələsələr, ziyarətləri batil olur”.

Bu sözləri Ölkə.Az-a açıqlamasında “Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib. O, qurban kəsilməsi ilə bağlı vacib göstərişlərdən də danışıb:

“Başqa yerlərdə Qurban bayramı zamanı qurban kəsmək vacib olmasa da, bəyənilən əməldir. Yəni insanlarla paylaşmaq, qurban ətini yoxsul insanlara çatdırmaq böyük bir savab əməldir, amma vacib deyil.

Qurbanlıq heyvan üzü qibləyə kəsici alətlə kəsilməlidir. Qurban kəsilən zaman “bismillahirrahmənirrahim, Allahu Əkbər” deyilir. Qurbanı kəsən adam hökmən müsəlman olmalıdır. Qurban ətinin bölünməsi haqqında konkret bir göstəriş yoxdur. Sadəcə qurban ətindən insanların ehtiyacını ödəyəcək qədər pay ayrılmalıdır. Bu qaydalara riayət olunsa, qurban məqbul hesab olunur”.

Qurban ətinin satılması məsələsinə gəlincə isə H.Şahin əlavə edib ki, qurban əti satıla bilməz.

Xatırladaq ki, bu il Qurban bayramı 9-10 iyul tarixlərində qeyd olunacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR