İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqşin Bəbirov və Hüseyn Axundovla bağlı SON DƏQİQƏ açıqlaması

4562 27.05.2023 14:09 Gündəm A A

“Biz erməni tərəfinin vaxtaşırı öz rəhbərliyini sabotaj etməsinin şahidi olmuşuq. Bu, adətən görüşdən əvvəl, görüşdən sonra daha çox təkrarlanır. Ordu ilə Paşinyan arasındakı uçurum mütləq bu proseslərin cərəyan etməsinə səbəb olur. Amma bu o demək deyil ki, Nikol Paşinyan ordunun təxribatlarından istifadə etmir”.

Bunu Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli bir qrup erməni diversantın Zəngilanda dövlət sərhədini pozmağa cəhd etməsindən danışarkən deyib.

aziz.jpeg (273 KB)

Siyasi şərhçi Zəngilanın hədəf seçilməsi fonunda 2 mühüm istiqamətdən söz açıb:

“Bunlardan biri Kəlbəcər istiqamətidir – xüsusilə xətlərin müəyyənləşə bilməyən Zod istiqamətidir. Digəri Laçının girişidir, Ermənistanla sərhəd istiqamətidir. Üçüncü yer Ağbənd qəsəbəsidir. Bunlar iki dövlət arasında daim mübahisələrin çıxa biləcəyi nöqtələrdir. Zəngilan da bu mənada xüsusi seçilən bir zonadır. Hesab edirəm ki, orada Zəngəzur dəhlizi amili, İran amili var, orada İsrailin kənd təsərrüfatı mərkəzi var, orada bizim “ağıllı kəndlər”imiz var. Bir sözlə, diversiya bu qədər geniş çeşidli bir nöqtəni əhatə edir. Heç şübhəsiz ki, o mesajı verməyə çalışırlar. 2 diversantın saxlanılması ermənilər üçün ciddi fiaskodur”.

“Saxlanılan 2 diversant son dəfə əsir düşən hərbçilərimizlə dəyişdirilə bilərmi?” sualına ekspert belə cavab verib:

“Əlbəttə, əsirlərimizin dəyişdirilməsi məsələsi gündəmdədir. 2 diversantın saxlanılması həmin prosesin reallaşmasına təkan verə bilər. Amma düşünürəm ki, əsgərlərimizin qaytarılması məsələsi bir az fərqli manera ilə bağlıdır. Paşinyan Moskva görüşündə bildirdi ki, ekstradisiya ilə bağlı şərtlər nəzərdən keçirilə bilər. Bizdə onlarla müharibə cinayətkarı erməni var və onlar cinayət məsuliyyətinə cəlb olunub. Ona görə də Azərbaycan “nəfərə nəfər” prinsipini keçdi”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR