İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas: “200 min manat civarında vəsait ayrılıb və bu, çox azdır”

1094 26.10.2022 16:27 Gündəm A A

“Mən və buradakı yazıçıların çoxu Anar müəllimi dəstəkləyir. Gənc biri sədr olmaq istəyirsə, proqramını tətbiq etsin. Burada demokratik mühitdir, əgər daha yaradıcı təklif olsa, şəxs seçilə bilər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında millət vəkili Aqil Abbas deyib.

“Burada təşkilatçılıq yüksək səviyyədədir. 200 min manat civarında vəsait ayrılıb və bu, çox azdır. Bizim xaricdən 20 nəfərə kimi qonağımız var. Biletin biri min manatdır. Onların bura gəlib-qayıtmağı, burada qalmağı, yemək xərcləri AYB tərəfindən qarşılanır. Hələ bütün xərcləri qarşılamaq üçün borc götürülüb (gülür)”, - deyə deputat əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR