İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anklavlar Ermənistan dövlətçiliyinin altına qoyulan minadır” - İLGİNC açıqlama

1261 10.10.2023 13:24 Son xəbər A A

“Paşinyanın Qranadada bəyannamə imzalaması Azərbaycan-Ermənistan münasibətlərinin yeni eskalasiyasının elanıdır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Beniamin Matevosyan öz teleqram kanalında yazıb.

“Müasir Ermənistan dövləti üçün İrəvanın nəzarətində olan anklavlar strateji baxımdan Başkənddən daha vacibdir. Ermənistanın mərkəzi hissəsini Sünik, Artsax və İranla birləşdirən ən mühüm dövlətlərarası magistral Kərkidən keçir. Kərki itirilsə, Ermənistanın Qarabağa və İrana yalnız bir çıxışı olacaq - o da Vedi kəndi vasitəsilə. Lakin Azərbaycan Ermənistanın mərkəzi hissəsinə hücum üçün ən vacib tramplin alacaq və Süniklə ölkənin qalan hissəsini kəsə biləcək.

Əskipara anklavına gəlincə, Gürcüstana dövlətlərarası yol oradan keçir. Bu əraziyə nəzarətin itirilməsi Qırmızı Körpü - Sevkar (Qaradaş) - Berd xətti ilə Gürcüstandan Ermənistana gedən qaz kəmərinin fiziki mövcudluğunu təhlükə altına qoyur. Həmin boru bilavasitə Azərbaycan ordusunun radiusunda olacaq. Bu ərazilərin itirilməsi böyük risklər daşıyır və Ermənistan dövləti üçün logistika siyasətinin, nəqliyyat qovşaqlarının qurulmasında üfüqünü daraldır, həm də onun enerji blokadasına gətirib çıxarır.

Ermənistanı blokadaya salmaq üçün Azərbaycana “anklavlar” lazımdır. Paşinyan regionun geosiyasi mənzərəsinin dəyişdirilməsi prosesini başa çatdırmaq istəyinə görə onlardan qurtulmağa tələsir. Ona görə də “anklavlar” hekayəsi erməni dövlətçiliyi altında minadır”, - deyə Matevosyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR