İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada silahlı insident zamanı 3 nəfər ölüb, xəsarət alan var

365 01.01.2023 03:55 Hadisə A A

Türkiyənin paytaxtı Ankaradakı kafelərdən birində 3 nəfərin ölümü ilə nəticələnən silahlı insident olub.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

İlkin məlumata görə, Mamak rayonunda yerləşən kafedə bir neçə nəfər arasında naməlum səbəbdən dava olub. Qarşıdurma zamanı odlu silahdan açılan atəş nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları və tibb işçiləri cəlb olunub. Yaralı xəstəxanaya aparılıb.

İnsidentin başvermə səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR