İnsanlara hürriyət, millətlərə istiqlal!

Ancelina Joli hər şeylə vidalaşır  

1703 02.04.2023 08:13 Şou-biznes A A


Son zamanlar keçmiş həyat yoldaşı Bred Pitt ilə arasındakı məhkəmə davası ilə gündəmə gələn Ancelina Coli bəzi mənbələrə görə aktrisalığı tərk edir.

Musavat.com xəbər verir ki, bu barədə “The Sun” xəbər yayıb. Karyerasının son dövründə iştirak etdiyi layihələrdə çox seçici olan 47 yaşlı aktrisa təqaüdə çıxır.

Onun öz markasını quracağı məlumatı da yayılıb. Bildirilir ki, Coli “Atelier Jolie” brendi altında geyim və zinət əşyaları biznesi ilə məşğul olacaq.

Colinin on ildən artıqdır ki, bu layihə üzərində çalışdığı məlumdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR