İnsanlara hürriyət, millətlərə istiqlal!

Anastas Mikoyanın nəticəsi Moskvada öldürülüb

1089 19.10.2023 12:05 Son xəbər A A


“Qorki Parkı” rok qrupunun yaradıcısı Stas Naminin (Anastas Mikoyan - nəvə) oğlu və qayınanası Moskva vilayətində öz kottecində bıçaqlanaraq öldürülüb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qətldə şübhəli bilinən şəxs musiqiçinin övladlığa götürdüyü Roman Mikoyandır.

Bildirilir ki, 85 yaşlı Polina Tkaçenko və oğlu Naminin meyitləri İstrinski rayonunun Kryukovo kəndindəki bağçada tapılıb. Qadın döş qəfəsindən bıçaqlanıb və oğlunun bədəninin hər yerində bıçaq xəsarətləri olub.

Qətlə yetirilən Artyom Mikoyan rəssam və kinorejissor, Stas Naminin oğlu və ən nüfuzlu sovet dövlət xadimlərindən biri olan Anastas Mikoyanın nəticəsi idi.

Evdə heç bir döyüş əlaməti olmayıb, şübhəli şəxs hazırda dindirilir. Moskva vilayəti üzrə istintaq komitəsinin müstəntiqləri axtarışlar aparır.

Qətl üçün müxtəlif səbəblər, o cümlədən əmlak mübahisələri, narkotik istifadəsi göstərilir:

Qətldə şübhəli bilinən şəxsin bir yaşında olanda Stas Namin onun anası Qalina ilə evlənib. 39 yaşlı Roman Mikoyan pilotsuz uçan aparatlarla aparılan sorğu məlumatlarına əsaslanan analitik platforma hazırlayan Skyeer-də inkişaf direktoru vəzifəsində çalışır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR