İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasının evdən qovduğu oğlan dəhşətli qətl törətdi: "Hamamda çay içib..." – Şok təfərrüat

1387 16.12.2022 15:06 Kriminal A A

Bakının Suraxanı rayonunda 1999-cu il təvəllüdlü Murad İmanov münaqişə zamanı 1953-cü il təvəllüdlü nənəsi Natalya Popovanı qətlə yetirib.

Hadisə bu il aprelin 11-də baş verib. Murad Natalyanın boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürüb.

İstintaq orqanı tərəfindən Muradın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.

“Atam anamdan boşanıb”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Murad elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, nənəsi Natalya və anası İrina ilə birlikdə Yeni Suraxanı qəsəbəsində yaşayır: “Mənim 3 yaşım olanda atam Musa anam İrinanı boşayıb. Mən və anam atamdan ayrı yaşamışıq. Atamla heç bir əlaqəmiz olmayıb. Əvvəllər tikintilərdə fəhlə, müxtəlif kafe və restoranlarda aşpaz işləmişəm, son vaxtlar işsiz idim”.

“Məni evdə yaşamağa qoymadılar”

Təqsirləndirilən şəxsin sözlərinə görə, onun anası İrinanın "Xalqlar Dostluğu" metrosunun yaxınlığında yaşayan Yuliya adlı bacısı var: “Anam Montin qəsəbəsindəki gözəllik salonunda saç ustası işləyib. Babam Viktordan nənəm Natalyaya iki ev qalıb. Evlərdən biri hadisənin baş verdiyi Yeni Suraxanı qəsəbəsindədir. Digər ev isə kirayəyə verilib.

Təxminən 19 yaşımdan ailə həyatı qurub, nənəm və anam ilə birlikdə yaşamaq istəmişəm. Bu fikrimlə nənəm və anam razı olmayıb. Bundan sonra onlarla münasibətlərimiz pisləşdi. Nənəm və anam məni bu evdə yaşamağa qoymadılar”.

“Daim mübahisələrimiz olurdu”

Murad bildirib ki, təxminən 2019-cu İlin sonlarında Türkiyəyə gedib: “Səkkiz ay orada yaşadim. Sonra Bakı şəhərinə qayıtdım, həmin evdə yaşamağa başladım. Yenə də nənəmlə anamın bu evdə yaşamağımı istəmədiklərini hiss etdim.

Mən sərbəst adam olmuşam, istədiyimi etmişəm, anamın, nənəmin sözlərinə qulaq asmamışam. Buna görə də onlar mənimlə birlikdə yaşamaq istəmirdilər. Daim nənəm və anamla mübahisələrimiz olurdu. Hətta dəfələrlə xalam məni sakitləşdirmək üçün yaşadığımız evə gəlib”.

Murad qeyd edib ki, Türkiyədən qayıtdıqdan bir müddət sonra anası və nənəsi ilə yaşaya bilməyəcəyinə bir daha əmin olub: “Bu dəfə Moskva şəhərinə getdim. Bir neçə ay orada qaldıqdan sonra yenidən Bakıya gəldim. Ailə qurmaq, ailəmlə birlikdə həmin ünvanda yaşamaq istədim. Nənəmlə anamın isə Bakıxanov qəsəbəsindəki evə köçməsini təklif elədim. Lakin onlar razılaşmadılar”.

“Şikayəti geri götürmədilər”

Murad bildirib ki, təxminən 6 aprel 2022-ci ildə pula ehtiyacı olduğu üçün yaşadığı evdəki markasını xatırlamadığı kondisioneri internetdə satışa qoyub və 250 manata tanımadığı şəxsə satıb: “Bunu nənəmlə anam bildikdə mənimlə mübahisə etdilər. Polisə şikayət edib, məni evdə yaşamağa qoymadılar.

Mən isə binanın qarşısında istifadəmizdə olan çəpərlənmiş həyətdəki hamamda yerə döşək salaraq, orada gecələməyə başladım. Hadisə baş verən günə kimi hər gün anama və nənəmə deyirdim ki, şikayətinizi götürün, evdən çıxın, mən özüm burada ailə həyatı qurub yaşayacam. Amma onlar evdən çıxmadılar, şikayəti də geri götürmədilər”.

“Adımda pis bir şey olmasın...”

Təqsirləndirilən şəxsin sözlərinə görə, aprelin 11-də saat 12 radələrində anasının evdən çıxaraq işə getdiyini görüb: “Mən də evə çay içməyə getdim. Nənəm qapını açdı. Ona çay istədiyimi dedim. Nənəm məni evə buraxmadı, ona görə dəhlizdə gözlədim. O özü mənə çay süzərək gətirdi. Çayı götürüb həyətə düşdüm, hamamda içdim. İki dəfə eyni qaydada nənəmdən çay istədim.

Çayı içdikdən sonra küçədə gəzə-gəzə "necə edim ki, nənəmi şikayətin geri götürməsinə və evdən çıxmasına razı salım" deyə fikirləşdim. Sonuncu dəfə ciddi danışmaq üçün evə getdim. Nənəm qapını açmaq istəmədi. Ona corabımı dəyişəcəyimi dedim.

Corablarımı dəyişdikdən sonra nənəmə dedim ki, sonuncu dəfə səninlə ciddi danışmaq istəyirəm, əvvəlcə siz gedin şikayətiniz geri götürün, mənim adımda pis bir şeyin olmasını istəmirəm, 15 sutka olsa belə, içəri girmək istəmirəm. Nənəm isə "sən öz hərəkətlərinə cavabdeh olmalısan", - dedi.

Təxminən 10 dəqiqə nənəmi razı salmaq üçün söhbət etsəm də, faydası olmadı, heç məni ciddiyə almadı. Mən də nənəmə dedim ki, oyun oynamıram, ciddi söhbət edirəm, əgər şikayəti geri götürməsəniz və evdən çıxmasanız, pis olacaq”.

“Nənəm mənə lağ elədi”

Muradın ifadəsinə görə, həmin vaxt hər ikisi mətbəxdə oturublar: “Nənəm mətbəxin girişində soldakı stulda, mən isə pəncərənin yanında oturmuşdum. Stulu nənəm əyləşən tərəfə çəkdim, ona yaxınlaşdım. Dedim ki, mən ciddiyəm, siz mənim dediklərimi edin, problem olmasın. Nənəmi isə sanki mənə lağ edirmiş kimi, məni ciddiyə almadı, gülümsədi. Bildirdi ki, heç nə edə bilməzsən, səni polisə verəcəm, polis səni tutacaq.

Ciddi olduğumu nənəmin nəzərinə çatdırmaq üçün mətbəxdəki bıçağı götürdüm. Kəsici hissəsini itiləyərək əlimdə tutdum və elə söhbət etməyə başladım ki, nənəm məni ciddiyə alsın. Lakin əlimdə bıçaq olduğunu görə-görə məni yenə ciddiyə almayaraq gülümsədi”.

“Daha bəsdi, vurma”

Təqsirləndirilən şəxs bildirib ki, bıçağı əynində olan gödəkcənin cibinə qoyub və mətbəxdə olan stulda oturub: “Nənəm də mətbəxdə mənimlə üzbəüz oturmuşdu. Mübahisəmiz davam edirdi. Nənəm yenidən hərəkətlərimə görə cəza çəkməli olduğumu bildirəndə stuldan durdum və nənəmə tərəf getdim. O da stuldan ayağa durdu. Əlimdəki bıçaqla nənəmin boğaz nahiyəsinə bir dəfə zərbə vurdum. Nənəmin boğazından qan gəldi. Nənəm “daha bəsdi, vurma”, - sözlərini dedi və yerə çökərək oturdu”.

“Nənəmin gözlərini qapadım”

Murad deyib ki, nənəsi başqa heç bir söz deməyib: “Onun boğazından qan gəldiyini gördüm. Geriyə yol olmadığından, öldürmək məqsədi ilə bıçaqla nənəmin boğazına sayını dəqiq xatırlamadığım bir neçə zərbə vurdum. Bıçaq əyildiyi üçün nənəmin ölmədiyini gördüm.

Mətbəxdən başqa bıçaq götürdüm və nənəmə zərbə vurdum. Bu bıçaqla da neçə zərbə vurduğumu dəqiq xatırlamıram. Xırıltı səsi gələndə artıq nənəmin öldüyünü düşündüm və zərbəni dayandırdım. Onun ölməsini gözlədim. Sonra gözlərini qapadım”.

“Meyiti çöllük əraziyə apardım”

Murad qeyd edib ki, hadisənin onun tərəfindən törədildiyini heç kimin bilməməsi üçün evi təmizləyib və daha sonra həyətə düşüb: “Həyətdə kiçik anbar kimi otaqdan iki mələfə götürüb evə qalxdım. Meyiti evdən çıxararaq kənarda gizlətmək istədim. Əyilən bıçağı yumadım, evin mətbəxində zibil yığılan vedrənin içərisinə atdım. Digər bıçağı isə yuyaraq mətbəxə qoydum.

Meyiti əvvəlcə bir, sonra isə ikinci mələfəyə bükərək aşağı düşürtdüm və həyətdəki istifadəmizdə olan iki təkərli əl arabasına qoydum. Məni heç kim görmürdü.

Meyiti əl arabasında təxminən 2 kilometr aralıda olan, yaşayış evlərindən kənarda, çöllük ərazi olan zeytunluq deyilən yerdə düşürtdüm. Heç kimin görməməsi üçün meyitin üstünü daşla örtdüm”.

“Nənəmin yerini soruşdular”

Təqsirləndirilən şəxsin sözlərinə görə, meyiti gizlətdikdən sonra geri dönüb və həyətdə nənəsinin xalası nəvəsi İlqarı görüb: “İlqar mənə doğru qaçdı. Onun mənə tərəf gəldiyini görən kimi qaçdım. İlqar mənə çatdı və sifət nahiyəmdən zərbələr vuraraq nənəmin yerini soruşdu. Mən özümü bilməzliyə vurdum. “Nəyi deyirsiz? Başa düşmürəm sizi”, - deyə İlqardan soruşdum. Ona hadisə barədə heç bir söz demədim.

Sonra birlikdə həyətə gəldik. Həyətdə anam və xalam nənəmin yerini soruşdular. Mən yenə də heç bir söz demədim. Sonra evə qalxdıq.

Evdə xalam nənəmi vurduğum bıçağı göstərdi və dedi ki, bu nədi, arvad haradadı? Xalama “məndən niyə soruşursunuz, gedin axtarın, verin polisə” dedim”.

“Sirri saxlamaq qeyri-mümkün idi”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, anası İrina polisə məlumat verib və nənəsinin itkin düşdüyünü deyib: “Daha sonra polislər gəldi. Əvvəlcə onalara da heç bir söz demədim. Aprelin 12-də saat 11 radələrində polislər nənəmi məndən soruşduqda, artıq bu sirri saxlamaq istəmədiyim üçün onu öldürdüyümü dedim.

Polis və prokurorluq əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirildi. Nənəmi öldürdüyüm və gizlətdiyim yeri göstərdim. Bildirdim ki, hadisə aprelin 11-də saat 15 radələrində baş verib, anam saç ustası işlədiyi üçün həmin vaxt evdə olmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, nənəsini qətlə yetirdikdən sonra ona məxsus mobil telefonu “lalafo” internet saytında satışa qoyub və 50 manata satıb: “Həmin şəxs məndən telefonun oğurluq olub-olmadığını soruşdu. Mən də telefonun özümə məxsus olduğunu dedim. Yaşadığım evi satmaq yox, orada tək yaşamaq istəmişəm. Nənəmi öldürməyimə heç kəs şahid olmayıb, heç kim köməklik göstərməyib”.

“Hərbi çağırışdan azad edilmişəm”

Təqsirləndirilən şəxs deyib ki, psixoloji problemləri ilə əlaqədar bir dəfə hərbi çağırışdan azad edilib: “Yenidən aprel ayında tibbi müayinədən keçməli idim. Aprel ayının əvvəllərində Suraxanı rayonu hərbi komissarlığına getsəm də, adam çox olduğundan mənə bir-iki gün sonra gəlməyi tapşırdılar. Hərbi komissarlığa yenidən getmək fikrim vardı, amma nənəmi öldürdüyüm hadisə baş verdiyi üçün gedə bilmədim”.

Murad bildirib ki, təxmini olaraq 3-4 il əvvəl kakos adlı narkotik vasitədən istifadə edib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Murad 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR