İnsanlara hürriyət, millətlərə istiqlal!

Anasını öldürən 15 yaşlı oğlana hökm oxundu

1081 11.10.2022 15:25 Kriminal A A

Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə barədə qərar verilib.

Musavat.com Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, oğlanın əqli durumunda problem olduğu, buna görə də Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi qərara alınıb.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonunda qeydə alınıb. Bakıda “Neftçilər” metrosunun yaxınlığında 1985-ci il təvəllüdlü Ü.İsmayılova oğlu, 2007-ci il təvəllüdlü şəxslə mübahisə edib. Nəticədə oğul anasını qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR