İnsanlara hürriyət, millətlərə istiqlal!

Anar Kərimov Draqan Vladisavlyeviçlə görüşüb - FOTO

506 20.07.2022 12:37 Mədəniyyət A A

İyulun 19-u mədəniyyət naziri Anar Kərimov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavlyeviçlə görüşüb. 

Musavat.com-un xəbərinə görə, qonağı səmimi salamlayan A. Kərimov birgə mədəni  əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib. Kitabxana, kinematoqrafiya, muzeyşünaslıq və digər humanitar sahələrdə təcrübə mübadiləsinin, həmçinin sərgilərin təşkilinin  önəmini vurğulayıb. 

Nazir həmçinin Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırışının əhəmiyyətindən bəhs edib. O, bu kampaniya çərçivəsində də Serbiya Respublikası ilə əməkdaşlığa hazır olduğumuzu diqqətə çatdırıb. 

Səfir qeyd edib ki,  gerçəkləşdirilən birgə layihələr nəinki mədəniyyətlərimizin, eləcə də xalqlarımızın doğmalığının göstəricisidir. 

Görüş zamanı həmçinin tarixi irsimizə sahib çıxmağın, mədəniyyətimizi gələcək nəsillərə ötürməyin əhəmiyyətindən bəhs olunub. Arxeologiya və etnoqrafiya sahəsində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə olunub.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR