İnsanlara hürriyət, millətlərə istiqlal!

Ana körpəsini diri-diri basdırdı, 6 saatdan sonra…

1242 09.04.2024 03:24 Dünya A A

Qanada ana yeni doğulmuş körpəsini bağçanın həyətində diri-diri basdırıb, bir neçə saat yerin altında olan körpə sağ qalıb.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Qeyd olunub ki, Qanada 23 yaşlı qadın evdə uşaq dünyaya gətirib və körpədən xilas olmaq qərarına gələrək onu bağçada basdırıb.

Yeni doğulmuş körpə qohumları tərəfindən altı saat sonra aşkar edilərək xəstəxanaya yerləşdirilib. Körpənin bədənində qançır və cızıqlar olsa da, onun həyatını xilas etmək mümkün olub.

Bir həftə sonra o, xəstəxanadan çıxarılaraq yaxınlarına təhvil verilib. Körpənin anası isə saxlanılaraq psixiatriya xəstəxanasına yerləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR