İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı jurnalist Ukraynanın əsas problemini AÇIQLADI 

781 30.03.2024 20:33 Dünya A A

"Ukrayna artilleriyasının əsas problemi haubitsaların olmaması deyil, Nümayəndələr Palatasındakı "Rusiyaya dost" respublikaçılardır".

Musavat.com xəbər verir ki, bu fikri jurnalist Devid Aks "Forbes" jurnalı üçün yazdığı məqalədə qeyd edib.

"Ukrayna artilleriya korpusu üçün haubitsaların olmaması ən böyük problem deyil. Ən böyük problem Rusiyaya dost Nümayəndələr Palatasının respublikaçılarıdır ki, onlar oktyabr ayından başlayaraq ABŞ-ın Ukraynaya gələcək yardımını əngəlləməyə başlayıblar", - Aks bildirib.

Amerikalı jurnalistin sözlərinə görə, Ukrayna müttəfiqlərindən, o cümlədən ABŞ-dan ən azı 190 ədəd M777 haubitsası alıb. Bununla belə, iki ildən artıq müddətdə Rusiya onların 44-nü məhv edib, 38-ni zədələyib, cəbhə xəttində bu silahların sayını demək olar ki, iki dəfə azaldıb.

Devid Aks qeyd edib ki, ABŞ-dan gələn yardımın dayandırılması ilə ukraynalı artilleriyaçılar cəbhədə mərmi istifadəsini 5 dəfə, gündə 10 mindən 2 minə endirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR