İnsanlara hürriyət, millətlərə istiqlal!

“Amazon”da YENİLİK - 2024-cü ildə...

582 17.11.2023 14:10 Dünya A A

Amerikanın onlayn pərakəndə satış şirkəti “Amazon.com Inc.” gələn il öz elektron ticarət platformasında avtomobillərin ABŞ-da satışına icazə verəcək.

Musavat.com xəbər verir ki, ilk olaraq Cənubi Koreyanın “Hyundai” şirkətinin avtomobilləri satın alınacaq.

Belə ki, müştərilər “Amazon”da onlara yaxın olan dilerlərdə mövcud olan yeni avtomobillər üçün alış-veriş edə və kredit də daxil olmaqla, üstünlük verdiyi ödəniş seçimlərindən istifadə edərək onlayn sifariş verə biləcəklər. Bundan sonra avtomobil ya alıcıya təhvil veriləcək, ya da dilerdən götürülə bilər.

Qeyd edək ki, “Amazon” səhmləri cümə axşamı günü 0,3% ucuzlaşıb. Eyni zamanda onlayn avtomobil satışı ilə bağlı xəbərlər də qiymətlərin aşağı düşməsinə səbəb olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR