İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın STADA əczaçılıq şirkəti Azərbaycana gəlir

1054 13.03.2024 17:38 Ölkə A A

Avropanın ən böyük əczaçılıq şirkətlərindən biri olan STADA Arzneimittel AG 2023-cü ilin yanvar ayında “STADA Azərbaycan MMC” hüquqi şəxs olaraq qeydiyyatdan keçirdikdən sonra ölkədə ilk iş ilinə yekun vurub.

Şirkətdən Musavat.com-a verilən xəbərə görə, STADA dərman bazarında birinci yerdədir. Şirkət həm də Azərbaycanın əczaçılıq bazarında üç liderdən biridir.

Bildirilir ki, ölkədə ən populyar və tələb olunan STADA məhsulları bunlardır: Cardiomagnyl, Snup, Calcium D3, Aqualor, Essentiale, Ringer, No-şpa, Guttalax, Magne B6, "Enterogermina, "Lazolvan", "Baralgin".

Jurnalistlər üçün keçirilən brifinqdə şirkətin Avrasiya və Azərbaycan üzrə təmsilçiləri məlumat veriblər ki, 2024-cü ildə qablaşdırılmış dərman vasitələri bazarı 2023-cü illə müqayisədə 7% artacaq.

“Biz reseptsiz satılan dərmanların, vitaminlərin və qida əlavələrinin artımını gözləyirik. Biz xəstəxana sektorunda da artım gözləməliyik, çünki hökumət səhiyyə sistemini bütün lazımi dərmanlarla təmin etməyə diqqət yetirir. İlk növbədə, bunlar xərçəng, diabet və nadir xəstəliklərin müalicəsi üçün dərmanlardır. Ölkədə inkişaf etmiş ölkələrdən olan və qeydiyyatına etibar etdiyimiz dərmanların sürətləndirilmiş qeydiyyatı prosedurunun tətbiqi vacibdir”, - STADA-nın Azərbaycandakı direktoru Fərəh Sadıxova bildirib.

Qeyd olunub ki, STADA Avrasiya regionunun 10 ölkəsində istehlakçı sağlamlığı sahəsində tanınmış brendlərdən ibarət Sanofi-nin dərman portfelinin distribütorluğu və marketinq dəstəyini təmin edir.

“Biz demək olar ki, iki dəfə böyümüş və regionun bir sıra ölkələrində 1 nömrəli əczaçılıq şirkəti olmuşuq”, - STADA-nın Avrasiya regionu üzrə vitse-prezidenti Arminas Maçeviçius qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR