İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyanın nəhəng əczaçılıq şirkəti ixtisara hazırlaşır

432 18.01.2024 15:10 Dünya A A

Almaniyanın nəhəng əczaçılıq şirkəti “Bayer” korporativ yenidənqurmadan keçərək işçi qüvvəsini əhəmiyyətli dərəcədə azaldacağını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şirkət ixtisarların yaxın aylarda başlayacağını və 2025-ci ildə bitəcəyini anons edib.

Bəyanatda restrukturizasiya planının şirkətdəki iyerarxiyaları azaltmaq, bürokratiyanı aradan qaldırmaq və qərar qəbuletmə proseslərini sürətləndirmək məqsədi daşıdığı, idarə heyəti ilə işçi şurasının “Bayer”in gələcəyi üçün restrukturizasiya ilə bağlı razılığa gəldiyi bildirilib. .

Şirkət ixtisarlarla bağlı rəqəmlər verməsə də, Almaniya mətbuatında çıxan xəbərlərdə “Bayer”də minlərlə insanın işdən çıxarıla biləcəyi və bunun ilk növbədə Almaniya şirkətlərinə təsir edəcəyi qeyd edilib. Şirkətin işçi qüvvəsinin ixtisarının ilk növbədə orta menecmentə təsir edəcəyi gözlənilir.

Bildirilir ki, “Bayer”in Almaniyada 22 min, dünya üzrə isə 100 mindən çox işçisi var.

“Bayer”in bazar dəyəri bir il ərzində 40 faizdən çox azalaraq 32,3 milyard avroya düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR