İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kansleri silahlarla bağlı dünya liderlərinə müraciət edib

502 18.07.2024 09:22 Dünya A A

“Etdiyimiz hər şey, indi uzaq görünsə də, silahlara nəzarət məsələlərinin dünyanın böyük dövlətləri tərəfindən müzakirə edildiyi və bir-birimizlə razılaşaraq silahlanma yarışından çıxacağımız ana gətirib çıxarmalıdır”.

“Report” xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolts “ARD TV”yə müsahibəsində deyib.

Kansler, Rusiyanın bütün tərksilah müqavilələrindən çıxdığını və Almaniyanın buna cavab verməli olduğunu söyləyib: “Buna görə də o qədər güclü olmalıyıq ki, heç kim bizə hücum etməsin”.

İyulun 10-da ABŞ və Almaniyanın birgə bəyanatında deyilir ki, Vaşinqton 2026-cı ildə Almaniya ərazisində hazırda Avropada yerləşdirilənlərdən daha uzun mənzilli yeni atəş silahları yerləşdirməyə başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR