İnsanlara hürriyət, millətlərə istiqlal!

Alla Puqaçovanın əri Türkiyədə saxlanılaraq Rusiyaya gətiriləcək...

3084 13.07.2022 18:45 Şou-biznes A A

Rusiyanın məşhur yumoristik aktyoru Maksim Qalkin saxlanılaraq Rusiyaya gətiriləcək.

Musavat.com Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının eks-deputatı Roman Hudyakov məlumat yayıb. O qeyd edib ki, aktyor Rusiya ordusuna qarşı saxta məlumatlar yaydığına görə cinayət məcəlləsinin 207.3 maddəsinə əsasən həbs olunacaq.

“İyulun 28-də Maksim Qalkin Türkiyədə konsert proqramı ilə çıxış edəcək. Çox güman ki, təxribatçı Qalkin həbs edilərək Rusiyaya ekstradisiya olunacaq”.

Hudyakov xatırladıb ki, 2014-cü ilin dekabrında Rusiya ilə Ankara arasında imzalanan müqaviləyə görə Türkiyə cinayət təqibi və ya hökmün icrası üçün öz ərazisində olan Rusiya vətəndaşlarını sorğu əsasında ekstradisiya etmək öhdəliyi götürüb. Vəkillərin sözlərinə görə Maksim Qalkin hökm çıxarılana qədər istintaq təcridxanasında keçirəcəyi vaxt çıxılmaqla, təxminən yeddi il həbs cəzası alacaq.

Xatırladaq ki, fevralın sonunda aktyor Maksim Qalkin həyat yoldaşı Alla Puqaçova və uşaqları ilə birlikdə İsrailə yollanıb. Bir müddət əvvəl isə onlar Latviyaya köçüb. O, Rusiya hakimiyyətinin Ukraynadakı hərəkətlərini açıq şəkildə tənqid edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR