İnsanlara hürriyət, millətlərə istiqlal!

Alla Puqaçova Rusiyaya qayıtdı - VİDEO

2236 28.08.2022 00:48 Şou-biznes A A

73 yaşlı Alla Puqaçova nəhayət vətəninə qayıdıb. Bu barədə məşhur rusiyalı aparıcı İqor Qulyayev kadrlar paylaşıb.

Görüntülərdə dizaynerin öz sevimli rəfiqəsini qarşılaması əks olunub.

“Gözlərimə inana bilmirəm, doğrudanmı belədir?” - sözlərinə Alla Puqaçova təbəssümlə cavab verir:

“Uzun müddətdir, ancaq heç cür toparlana bilmirdim. Sən oxuyurdun ki, mən burada deyiləm, elə deyilmi?”

Görünür, Puqaçova vəd etdiyi kimi, uşaqları Harri və Lizanın dərs ilinin başlaması ilə bağlı Rusiyaya qayıdıb.

“Öz başımda və sizin başınızda hər şeyi sahmana salacağam”, - deyə ifaçı yerli mətbuata açıqlamasında qeyd edib.

Xatırladaq ki, sənətçinin ailəsi son altı ayı əvvəlcə İsraildə, sonra isə Latviyada keçirib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR