İnsanlara hürriyət, millətlərə istiqlal!

Alişan təcili əməliyyat olundu - VİDEO

438 30.01.2024 00:30 Şou-biznes A A

Məşhur türkiyəli müğənni Alişan təcili əməliyyat olunub.

Eskişehirin Sivrihisar rayonunda konsert vermək üçün yola çıxan müğənni qarnında ağrılar hiss edib və xəstəxanaya aparılıb. Yoxlamalardan sonra ona kəskin appendisit diaqnozu qoyulub. Dərhal əməliyyata alınan 47 yaşlı Alişanın səhhəti ilə bağlı həkimi Metin Ertem açıqlama verib.

“Sənətçimiz Alişanı kəskin appendisit diaqnozu ilə əməliyyata aldıq və hər şey uğurlu keçdi. Vəziyyəti yaxşıdır. Bütün sevənlərinə və Alişana tezliklə sağalmasını arzulayırıq”, - deyə cərrah qeyd edib.

Alişanın həyat yoldaşı Buse Tektaş müğənninin əməliyyatdan sonrakı görüntülərini sosial media hesabında “Maşallah” başlığı ilə yayımlayıb.//Oxu.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR