İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyan: “Rusiya sərhədçiləri “Zvartnots” tərk etsəydilər...”

532 27.02.2024 13:25 Dünya A A

Ermənistan parlamentinin spikeri Alen Simonyan rus sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılmasının müzakirəsində iştirak etməyib.

Musavat.com erməni mediasına istinadla xəbər verir ki, Simonyan jurnalistlərə deyib: “Ancaq düşünürəm ki, onlar ordan getsələr, düzgün olardı”.

O, Ermənistanın öz ölkəsinin sərhədlərini qoruyacağını düşünür.

"Mən əmin deyiləm ki, onlar ölkəmizin sərhədlərini qoruyacaqlar, siz əminsiniz? Artıq bir neçə dəfə sübut olunub ki, onlar qorumayıblar, sərhədləri daha həssas etmək üçün hər şeyi ediblər", - deyə spiker bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR