İnsanlara hürriyət, millətlərə istiqlal!

Albert Aqarunovun Şuşada vurduğu erməni tankı Bakıda Hərbi Qənimətlər Parkında - FOTO

1495 23.09.2023 12:47 Son xəbər A A

Erməni işğalçıların vaxtilə Şuşanın girişində quraşdırdıqları “T-71” tankı Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

Sözügedən tank abidəsi Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı sökülüb.

Xatırladaq ki, həmin tank işğal zamanı Şuşaya girməyə cəhd edən ilk erməni tankı olub və ekipaj üzvləri ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilib. Birinci Qarabağ müharibəsindən sonra isə yanmış tank erməni separatçılar tərəfindən bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR