İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktyor Elvin Ağayev əməliyyatdan sonra - FOTO

1628 14.08.2022 20:07 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.

Musavat.com Axşam.az-a istinadla xəbər verir ki, aktyor artıq evə buraxılıb.

O, əməliyyatın uğurlu keçdiyini bildirib:

"Evə buraxıldım. Müalicəm də evdə davam edəcək. Müalicə yarım il getməlidir".

Qeyd edək ki, bir müddət əvvəl "Səni axtarıram" proqramında Elvin Ağayevin əməliyyatı üçün 90 min manat yığılıb. Aktyora bacısı Gülnaz donor olub. Onun qaraciyərinin bir hissəsi Elvinə köçürülməli idi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR